85
[:az]Həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqunun səhhətində problem yaranıb.
Bu barədə Yaqublunun qızı Nigar Həzi məlumat verib.
Onun sözlərinə görə, Yaqublunun astma xəstəliyi kəskinləşib. “Bu gün ata ilə danışdım. Əhvalı yaxşı olsa da, astması kəskinləşib, öskürməyi artıb. Buna səbəb ətrafındakı insanların siqaret çəkməsidir. Qolunun ağrısı da artıb”. Həzi əlavə edib ki, karantin olduğuna görə Yaqublu ilə görüşə bilmirlər. “Dərmanları da verə bilmirik. Ataya təcili həkim lazımdır”.
Turan[:]