[:az]Hakimiyyət yenə də müxalifəti Lökbatana göndərir[:]

tərəfindən Gozetci

[:az]Bakı meriyası yenidən müxalifətə fevralın 16-na təyin etdiyi mitinqi  paytaxtdan 20 km. uzaqda, Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun stadionunda keçirməyi təklif edib. Bu barədə Turan-a D18 Hərəkatının rəhbəri Ruslan İzzətli məlumat verib.

Fevralın 11-də Müsavat və Respublikaçı Alternativ partiyaları və D18 Hərəkatı, habelə iki müstəqil namizəd meriyaya bildiriş göndərərək seçkilərin saxtalaşdırılmasına etiraz olaraq bazar günü “28 may” metro stansiyasının yaxınlığında mitinq keçirmək niyyətini açıqlayıb.

Növbəti gün meriyası buna mənfi cavab verib. Ancaq bir neçə saatdan sonra fikrini dəyişib və mitinqi  Lökbatanda keçirməyi təklif edib.

Fevralın 13-də təşkilatçılar yenidən meriyaya müraciət ediblər və mitinqi şəhərin mərkəzində keçirmək istədiklərini bildiriblər. Bu gün saat 17:00-da təşkilatçılar paytaxt Polis İdarəsinə çağırılıblar.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az