[:az]AİHM azərbaycanlı müxalifətçinin hüquqlarının pozulmasını tanıyıb[:]

tərəfindən Gozetci

[:az]Dekabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı müxalifətçi, Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Beybala Abilin hüquqlarının pozulmasını tanıyıb.

Şikayət 2010-cu il parlament seçkilərində deputatlığa namizədliyin qeydiyyata alınmasından imtina ilə bağlı idi. O 11-ci Qaradağ seçki dairəsində namizədliyini irəli sürmüşdü.

Onun namizədliyi təşviqat materiallarının vaxtından əvvəl paylanması bəhanəsi ilə qeydiyyata alınmamışdı. Lakin B.Abilin özünün bu işdə əlaqəsi olmamışdı və o, qeydiyyatını pozmaq üçün təxribat olduğunu bildirmişdi. Onun şikayətlərinə Azərbaycandakı seçki komissiyaları və məhkəmələr tərəfindən baxılmamışdı.

AİHM B.Abilin Avropa Konvensiyasının 1-ci Protokolunun 3-cü maddəsi ilə zəmanət verilən hüquqlarının pozulduğunu müəyyən edib, ərizəçiyə maddi ziyana görə 4500 avro və məhkəmə xərcləri üçün 1459 avro ödənilməsini qərara alıb.

Bu, B.Əbilin AİHM-də qazandığı ikinci işdir. Bundan öncə Strasburq məhkəməsi 2005-ci ildə parlament seçkilərində eyni dairədə onun deputatlığa namizədliyinin qeydiyyata alınmamasını qanunsuz hesab etmişdi və mənəvi zərərə görə 7500 avro, məhkəmə xərclərinə görə 1600 avro ödənilməsini qərara almışdı.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az