[:az]Sabiq baş nazir Pənah Hüseyni, Ramiq Mirzəyev Rəşid Behbudov adına Mahnı Teatrının qarşısından 28 maya doğru gedəndə mülki geyimli şəxslər saxlanılıb. Bu barədə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı özünün “Facebook” hesabında məlumat paylaşıb:
“Pənah Hüseyni, Ramiq Mirzəyevi və İsa Qəmbərin keçmiş köməkçisi Əhəd bəyi saxladılar. Əvvəlcə Pənah bəyi apardılar. Sonra Ramiq bəylə Əhəd bəyi məni maşına oturtmaq istədilər. Təxminən 10-15 mülki geyimli adam idi. “Mən jurnalistəm” dedim, “Problem yaratmayın” və vəsiqəmi təqdim etdim. Onları aparıb məni saxladılar. “Əvəz müəllim, səni tanıyırıq” dedilər və təminən 45 dəqiqə saxlatdılar. Telefonumu istədilər, vermədim. 45 dəqiqədən sonra başçı olduğu hiss olunan (hamı ona rəis deyirdi) adam “oldu, cənab polkovnik, oldu” deyib məni mühafizə edənlərə döndü: “Əvəz müəllimi buraxın” dedi. Vəsiqəmi alıb müşahidəmi davam etdirməyə qərar verdim”
Qeyd edək ki, Milli Şura 28 may metro stansiyasının çıxışında aksiya keçirir. Aksiya iştirakçılarının polislər tərəfindən saxlanıldığı bildirilir[:]