[:az]Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası ( AXCP) sədri Əli Kərimli saxlanıb. Onu evinin qarşısındaca saxlayaraq aparıblar. Onunla birgə bir çox şəxslərin də saxlandığı qeyd edilir.
Verilən məlumata görə, Əli Kərimli saxlanarkən yaxınlıqdakı onlarla şəxs “ azadlıq” şüarı səsləndiriblər. Onlardan da saxlananlar olub.
Amma, bu məlumata, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Milli Şurasının saat 15-ə təyin etdiyi mitinq öncəsi C.Cabbarlı heykəli ərazisi polislə əhatələnib. Gözətçinin məlumatına görə jurnalistlərə yolun qarşı tərəfinə keçməyə icazə verilmir. Yolu keçmək istəyən vətəndaşlar “28 moll” ticarət mərkəzinin içindən keçməlidir. Ticarət Mərkəzinin ən üst qatı, açıq havada olan yer də izləmək üçün bağlanılıb.[:]