[:az]Tibb İdarəsi: ‘Ə.Muxtarlının vəziyyəti sabitdir'[:]

tərəfindən Gozetci

[:az]16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan jurnalist Əfqan Muxtarlı sentyabrın əvvəlində tibbi müayinədən keçsə də, bunun nəticələri barəsində özünə məlumat verilmədiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna danışan vəkil Nemət Kərimlinin sözlərinə görə, yayda Ə.Muxtarlı başgicəllənmədən şikayət edib: «Penitensiar Xidmətin Müalicə Müəssisəsinin həkimləri gəlib onu müayinə edib, gediblər. Lakin nəticələr nə özünə, nə də mənə açıqlanıb. Bəlkə Əfqanın ciddi xəstəliyi var?».

N.Kərimli həmçinin bildirib ki, Ə.Muxtarlı yüksək qan təzyiqindən və şəkərli diabetdən əziyyət çəkir.

«Turan» agentliyinin xəbərinə görə, Ədliyyə Nazirliyin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov isə onlara deyib ki, Ə.Muxtarlı hər hansı ciddi xəstəlikdən əziyyət çəkmir: «Vəziyyəti sabitdir və müayinənin nəticələri barədə Ə.Muxtarlının özünə məlumat verilib».

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az