[:az]Vəkili Əfqan Muxtarlı ilə görüşüb[:]

tərəfindən Gozetci

[:az]Jurnalistin aclıq aksiyasına davam etdiyi bildirilir

Vəkil Nemət Kərimli sentyabrın 24-də həbsdə olan jurnalist Əfqan Muxtarlı ilə görüşüb.

Bu barədə Meydan TV-yə danışan vəkil deyib ki, Əfqan Muxtarlı aclığı davam etdirir:

“Hazırda o digər məhkumlardan təcrid olunub, saxlandığı şəraitdən narazılığı yoxdur”.

Əfqan Muxtarlı vəkilinə edilən təzyiqlərə etiraz olaraq 3 gündür aclıq aksiyasına başlayıb.

Vəkil Nemət Kərimli sentyabrın 20-də müvəkkilinin saxlanıldığı həbsxanada təzyiqlə üzləşdiyi haqda açıqlama yayıb. Onun sözlərinə görə, həbsxana rəisinin müavini tərəfindən təzyiqə məruz qalıb, 45-50 dəqiqə otaqların birində girov saxlanılıb.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da “yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub. Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az