[:az]Əfqan Muxtarlı karsa salındığı bildirilir[:]

tərəfindən Gozetci

[:az]16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist Əfqan Muxtarlı karsa (cərimə kamerasına) salındı.

Bu barədə AzadlıqRadiosuna məlumat verən NİDA Vətəndaş Hərəkatın üzvü Samir Əsədlinin sözlərinə görə, Muxtarlını aclıq etdiyinə görə cəzalandılar. “Əfqan artıq iki gündür qida və dərman qəbul etmir. O, şəkər diabet xəstəsidir. Əfqana nəsə olsa, məsuliyyəti Penitensiar Xidmət daşıyacaq”, – deyə Əsədli bildirib.

Məsələ ilə bağlı Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

16 saylı cəzaçəkmə müəssisəsində saxlanan jurnalist Əfqan Muxtarlının sentyabrın 22-dən aclıq aksiyasına başladığını bildirilir.

Əfqan Muxtarlı qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunaraq 2017-ci ildə həbs edilib.O, ittihamları qurama sayır. 2014-cü cü ildən mühacirətə gedən jurnalst Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyini bəyan edib.O bu məsələdə Gürcüstanın hüquq mühafizə orqanlarını da günahkar sayır.Amma həmin vaxt Gürcüstan baş naziri onlara qarşı ittihamların əsasız olduğunu açıqlamışdı.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az