[:az]Xədicə İsmayılovanın şikayətinə sentyabrın 20-də baxılacaq[:]

tərəfindən Gozetci

[:az]Bu gün Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı-jurnaist Xədicə İsmayılovanın şikayəti üzrə hazırlıq iclası keçirilib.

Şikayət Binəqədi Rayon Məhkəməsinin 2019-cu il 9 avqust qərarından verilib. Belə ki, məhkəmə sınaq müddətinin ləğv olunması barədə jurnalistin vəsatətini təmin etməyib.

Jurnalist Apellyasiya Məhkəməsindən məlum qərarın ləğvini və onun sınaq müddətindən azad olunmasını xahiş edir.

X.İsmayılova bildirib ki, şikayətə mahiyyəti üzrə baxılma sentyabrın 20-də olacaq.

Korrupsiya faktlarının araşdırılması ilə tanınan X.İsmayılova 2014-cü ilin dekabrında həbs edilib. Sonradan iqtisadi cinayətlərdə ittiham olunaraq 7,5 ilmüddətinə mühakimə edilib. 2016-cı ilin mayında Ali Məhkəmə onun real həbs müddətini beş il sınaq müddəti olmaqla 3,5 il şərti cəza ilə əvəzləyib. 2016-cı ilin avqustunda Bakı Apellyasiya Məhkəməsi sınaq müddətini dəyişməyərək şərti cəzanın müddətini 2 il 3 ayadək azaldıb.

Bundan öncə X.İsmayılova Facebook-da yazıb ki, ona təyin edilən cəza müddəti başa çatıb. Bundan əlavə, 2015-ci il noyabrın 25-dən hesablanan beşillik sınaq müddətinin böyük hissəsi başa çatıb. Bütün bunları nəzərə alaraq o, sınaq müddətinin dayandırılmasına və məhkumluğun üzərindən götürülməsinə təkid edir.

Sınaq müddəti X.İsmayılovanın hər ay Binəqədi rayonu icra və probasiya şöbəsində qeydiyyatdan keçməsini nəzərdə tutur və onun xaricə çıxışını qadağan edir.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az