[:az]
Elvin İsayevin xanımı Putinə müraciət edib
Azərbaycanlı bloger Elvin İsayevin Rusiya vətəndaşlığı ləğv edilib.
Məlumatı lenta.ru yayıb.
Bildirilib ki, Rusiya polisi Elvin İsayevin pasportunu qanunsuz sayıb, onu ölkədə qalma rejimini pozmaqda günahkar sayaraq 5 min rubl cərimələyiblər.
Hazırda Elvin İsayev Leninqrad vilayətinin Miqrantların Müvəqqəti Saxlanılma Mərkəzindədir və onun Azərbaycana deportasiya olunması gözlənilir.
Elvin İsayev Azərbaycan hakimiyyətinin tənqidçisi kimi təqdim olunur, o, Rusiya pasportunu 2001-ci ildə Şimali Osetiyada alıb. 2014-cü ildə sənədlərini itirdiyi üçün pasportunu dəyişib. Azərbaycan pasportundan isə 18 il əvvəl imtina edib.
Elvin İsayevin həyat yoldaşı prezident Putinə onun deportasiya edilməsinə imkan verməməsi üçün müraciət edib.
Elvin İsayev həmçinin bildirib ki, 2017-ci ildə onun hakimiyyət nümayəndəsinə müqavimət maddəsi ilə məhkəməsi olub və o zaman həmin Rusiya pasportu təsdiqlənib. İsayev deyib ki, Sankt Peterburqda onun həyat yoldaşı, iki həddi-büluğa çatmayan övladı, anası və qardaşları yaşayır. Onun sözlərinə görə, Azərbaycanda yaşamağa yeri yoxdur.
Elvin İsayevin vəkilləri məhkəmənin hökmündən şikayət edəcəklərini bildiriblər.[:]