[:az]D18 Hәrәkatının üzvü Zaur Rövşәni Bakı Şәhәr Baş Polis İdarәsinә (BŞBPİ) dәvәt olunduğunu bildirir.
Z. Rövşәni AzadlıqRadiosuna deyib ki, idarәdә onu qurumun İctimai Tәhlükәsizlik İdarәsinin rәisi qәbul edib.
Onun vurğulamasına görə, tәxminәn 1 saat davam edәn görüşdә әrizә yazmalı olub. Z. Rövşəni deyib ki, sabah, iyunun 26-da Ordu günü ilә bağlı tәşkilatları anım ziyarəti gerçəkləşdirmək niyyətindədir:
“BŞBPİ-dә mәnә bildirdilәr ki, bununla bağlı Bakı Şәhәr İcra Hakimiyyәtinә xәbәr vermәdiyimizә görә, polis bizim tәhlükәsizliyimizi qoruya bilmәz. Ona görә, mәndәn әrizә alıblar ki, hәr hansı insident baş versә, mәsuliyyәtini biz daşıyacayıq”.
Z. Rövşәni әlavә edib ki, polisdә ona iyunun 26-na nәzәrdә tutulmuş ziyarәtdә plakatlar qaldırmamaq vә şüarlar sәslәndirmәmək tapşırılıb.
Bu açıqlamaya, hələlik, BŞBPİ və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.[:]