Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olmaqda ittiham edilən polis serjantı Xəyal Məmmədovu məhkəmə zalından azadlığa buraxılıb.Xatırladaq ki, ötən il iyunun 12-də Bakının Binəqədi qəsəbəsində “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü Orxan Orucov və sərnişini Rahib Əliyev ölüb.
Qəza baş verən zaman “Range Rover”in sükanı arxasında olan Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Onu da qeyd edək ki, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə də uzun müddət sabiq daxili işlər naziri Ramil Usubovun cangüdəni olduğunu bildirib.
Meydan TV