[:az]Bayram Məmmədov universitetdən xaric edilib[:]

tərəfindən Gozetci

[:az]Keçmiş siyasi məhbus Bayram Məmmədov universitetdən xaric edilib. Bu barədə o, bu gün sosial şəbəkədə yazıb bildirmişdir ki, universitetdən evə zəng edib  xaric edildiyini söyləyiblər.

Halbuki Bayram Məmmədov qeyd edir ki,  həbs olunarkən universitet rəhbərliyi tərəfindən istənilən vaxt müraciət edib, təhsillərini davam etdirə bilmələri barədə rəsmi kağız alınmışdı.

Bayram Məmmədov : “Bir həftə əvvəl isə bildirmişdilər ki, sentyabr ayından gəlib təhsilinizi davam etdirə bilərsiniz. Nə dəyişdi 1 həftə içində, yoxsa ”dövlət” işə qarışdı?”

Xatırlatma:

Bayram Məmmədov və Qiyas İbrahimov 9 may 2016-cı il tarixində, Məmmədovun  Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazıb, çəkdikləri qraffitinin fotoşəklini facebook-da paylaşmasından sonra saxlanılıblar. Hər iki NİDA-çı oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotiklə bağlı ittihamla 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

İlham Əliyevin martın 16-da verdiyi əfv sərəncamından 1 gün sonra azadlığa çıxıblar.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az