[:az]”Borçalı” Cəmiyyətinin sədri Gürcüstana buraxılmayıb[:]

tərəfindən Gozetci

[:az]Zəlimxan Məmmədli: ”Pasport nəzarətində çalışan qadın cinayət törədərək pasportumun vərəqini cırıb”

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli mayın 12-də Gürcüstana buraxılmayıb. Bu barədə onun özü məlumat yayıb.

Zəlimxan Məmmədlinin sözlərinə görə, mayın 12-də saat 10 radələrində həyat yoldaşıyla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində olub. Sərhəddə Gürcüstanın pasport nəzarəti nümayəndəsinə pasportunu təqdim etdim. Həyat yoldaşı digər pasport nəzarətindən rahat keçib. Ona isə problem yaradılıb:

“Mənim isə pasportumu açıb, tərəddüd etmədən Gürcüstana girişi bildirən möhürü pasportuma vurdu. Bu an nəzarətçi xanımın gözü kompüterdə mənim haqqımda çıxan məlumatlara sataşdı. Mənə gözləməyi məsləhət görüb harasa getdi. 30 dəqiqə sonra qayıdaraq:- “siz Gürcüstana girə bilməzsiniz” deyib pasportumu qaytardı. Nə üçün olmaz, sualıma isə, bizlik deyil, yuxarıdan belə qərar veriblər,- deyə cavab verdi. Təbii ki, bunu gözləyirdim. Geri qayıdanda, Azərbaycan sərhəddində pasport nəzarətində bəlli oldu ki, mənim ötən ilin 20 may tarixində aldığım təzə pasportumun bir vərəqi qopardılıb. İlk qənaətim bu oldu ki, Gürcüstan pasport nəzarətində çalışan xanım səhvən vurduğu Gürcüstana giriş möhürünün izini itirmək üçün mənim mülkiyyətimi, şəxsi pasportumu zədələməkdən- onun möhür vurduğu vərəqi cinayətə əl ataraq cıraraq gizlədib, mənə bildirmədən əlavə cinayət işlədib”.

Z.Məmmədli hesab edir ki, Gürcüstan sərhəd nəzarət və digər xidmət orqanları cinayət əməli törədiblər:

“Azərbaycan Prezidentindən bu hadisəni nəzarətə götürməsini xahiş edir, hüquq-mühafizə orqanlarının Gürcüstanın müvafiq orqanları qarşısında mənim pozulan hüququmun təmini, pasportumu zədələmiş pasport nəzarətinə məsul şəxsin və rəhbərliyin aşkarlanaraq məsuliyyətə cəlb olunmasını tələb edirəm. Eyni zamanda, Gürcüstanın siyasi hakimiyyəti tərəfindən Azərbayacana qarşı təhdidlərin durdurulması istiqamətində daha təsirli addımlar atılmasını Azərbaycan siyasi hakimiyyətindən, ictimai-siyasi elitasından tələb edirəm”.

Z.Məmmədli bildirib ki, onun Gürcüstana giriş qadağası 2014-cü ilin oktyabr ayının 19-dan qoyulub və bu qadağada İvanişvili hakimiyyətini ittiham edir:

“Mənə qoyulan qadağa mövcud hakimiyyətin soydaşlarımıza və Azərbaycan xalqına, eyni zamanda türk dünyasına şüurlu şəkildə hörmətsiz yanaşmanın təzahürü idi. Bunun ardınca 2009-cu ilin iyul ayının 26-dan Dmanisinin Armudlu yaylağında keçirilən mədəni-kütləvi tədbir olan “Borçalı Türklərinin Elat Mədəniyyəti günü-Elat bayramının gürcülərin“Dmanisoba”sı ilə əvəzlənməsi artıq İvanişvili iqtidarının məhz Kremlin missioneri kimi Gürcüstan rəhbərliyinə gətirilməsinə , xalqlarımız və dövlətlərimiz arasında etimadı sarsıdaraq yeni toqquşma ocağı yaratmağa görəvləndirildiyinə işarə idi. Bu vaxta qədər “Borçalı Cəmiyyəti” və şəxsim bütün hüquqi və diplomatik vasitələrdən istifadə edərək, bu qanunsuzluqların aradan qaldırılmasına çalışmamıza baxmayaraq, Bdzina İvanişvilinin antimilli iqtidarı xətalarını düzəltmək əvəzinə əlavə problemlər, gərginliklər yaratmaqda davam etməkdədir”.

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az