[:en]“In a country where there are political prisoners, courts cannot be independent” – Intigam Aliyev[:az]“Siyasi məhbusların olduğu ölkədə məhkəmələr müstəqil ola bilməz – İntiqam Əliyev[:]

tərəfindən Gozetci

[:en]Intigam Aliyev, the head of the Legal Education Society, is skeptical about the presidential decree on deepening judicial and legal reforms of April 3.

First, you need to carry out real reforms, then to deepen them. However, similar decrees and programs have always been, but, lead to nothing. Such an opinion in an interview with the Cetin Sual (Difficult Question) program of the Turan agency was expressed by the head of the Legal Education Society Intigam Aliyev.

“There are no reforms in the country, and there can be no talk of deepening them,” said the expert.

For reform, there must be no decrees, but real will.

“Real will requires a number of institutions in the country. It is primarily about free elections, separation of powers, ensuring pluralism and other issues. If this is not possible something to deepen. How can we deepen what things that do not exist,” continued Intigam Aliyev.

According to him, if there are no free elections, there cannot be independent parliament and an independent judiciary.

In addition, this requires the functioning of a free media, a free civil society.

“If journalists are not allowed to litigate, and if they are allowed, they are forbidden to write about them and even keep notes, I’m not talking about video and audio recordings, and then what publicity can we talk about. If all this is not ensured, the new decree, like the previous ones, will remain on paper,” considers Intigam Aliyev.

In his opinion, if the government wants the courts to be fair, then it must put an end to the pressure on the courts, stop illegal, politically motivated arrests.

According to Intigam Aliyev, the case of Bayram Mammadov, who was arrested again two weeks after pardon, and tortured, once again confirmed that he had received instructions from the country’s leadership.

“In this sense, in countries where there are political prisoners, the courts cannot be independent. If there are political prisoners, then there is pressure on the courts. Therefore, the new decree is the continuation of old fairy tales,” Intigam Aliyev believes.

He also touched on the status of the Bar.

If the Bar Association is recommended to strengthen measures to prevent non-procedural relations of lawyers with judges and representatives of the bodies carrying out criminal prosecution, then this in itself is an indicator of the state of the bar and the rule of law in the country.

“This is also a recognition of corruption in the judicial system. For many years, it was denied. Now it is recognized at the level of the president … Not the lawyers are guilty, but the system itself. Guilty control system, dirty judges, the courts. Lawyers are mediators.

Under the current system, if a lawyer does not give a bribe, then someone else will do it. For everyone knows that no one is punished for receiving bribes by judges and for giving bribes in this country,” Intigam Aliyev concluded in conclusion.

Turan[:az]Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev Azərbaycan prezidentinin 3 aprel tarixli “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında” fərmanına şübhə ilə yanaşır.

Əvvəlcə real islahatlar aparmaq lazımdır ki, sonra onları dərinləşdirəsən. Bu cür fərmanlar və proqramlar əvvəllər də olub, lakin heç nəyə gətirib çıxarmayıb. Bu fikri Turan agentliyinin “Çətin sual” verilişinə müsahibəsində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev bildirib.

“Ölkədə islahat yoxdur və onların dərinləşdirilməsindən söhbət belə gedə bilməz”, deyə ekspert bildirib.

İslahat aparmaq üçün fərmanlar deyil, real iradə lazımdır.

“Real iradə ölkədə bir sıra institutların mövcudluğunu tələb edir. Söhbət ilk növbədə azad seçkilərdən, hakimiyyət bölgüsündən, plüralizmin təmin edilməsindən və bir sıra digər məsələlərdən gedir. Bu olmadan nəyisə dərinləşdirmək olmaz. Olmayan şeyi necə dərinləşdirmək olar?”, deyə İntiqam Əliyev sözünə davam edib.

Onun sözlərinə görə, azad seçkilərin olmadığı yerdə müstəqil parlament və müstəqil məhkəmə hakimiyyəti ola bilməz.

Bu isə həm də azad mətbuatın, azad vətəndaş cəmiyyətinin olmasını tələb edir.

“Jurnalistlər məhkəmə proseslərinə buraxılmırsa, buraxıldıqdan isə proseslər haqqında yazmaq və hətta qeydlər aparmaq qadağan edilirsə, hələ video və audioyazılardan danışmıram, hansı aşkarlıqdan danışmaq olar? Bütün bunlar təmin edilməsə, yeni fərman da əvvəlkilər kimi kağız üzərində qalacaq”, İntiqam Əliyev belə hesab edir.

Onun fikrincə, hakimiyyət məhkəmələrin ədalətli olmasını istəyirsə, məhkəmələrə təzyiqə son qoymalıdır, qanunsuz siyasi motivli həbslərə son qoymalıdır.

İntiqam Əliyev hesab edir ki, əvf edildikdən iki həftə sonra yenidən həbs edilən və işgəncələrə məruz qoyulan Bayram Məmmədovun işi bir daha təsdiq edib ki, bu barədə göstəriş ölkə rəhbərliyindən gəlib.

“Bu mənada, siyasi məhbusların olduğu ölkədə məhkəmələr müstəqil ola bilməz. Siyasi məhbuslar varsa, deməli məhkəmələrə təzyiq var. Buna görə yeni fərman köhnə nağılların davamıdır”, İntiqam Əliyev belə hesab edir.

O, vəkilliyin vəziyyətinə də toxunub.

Vəkillər Kollegiyasına vəkillərin hakimlər və cinayət təqibi həyata keçirən orqanların nümayəndələri ilə qeyri-prosessual münasibətlərinin qarşısının alınması üzrə tədbirləri gücləndirmək tövsiyə olunursa, bu, öz-özlüyündə vəkillik institutunun vəziyyətinin və bütünlükdə ölkədə qanunçuluğun göstəricisidir.

“Bu, məhkəmə sistemində korrupsiyanın da etirafıdır. Uzun illər bu, inkar edilib. Amma indi bu, prezident səviyyəsində etiraf olunur… Vəkillər deyil, sistem özü günahkardır. Hakimlərə, məhkəmələrə ləkə yaxan idarəetmə sistemi günahkardır. Vəkillər vasitəçidir.

Hazırki sistemdə vəkil rüşvət verməsə, bunu başqa biri edəcək. Çünki hamı bilir ki, bu ölkədə hakimlərin rüşvət almasına və rüşvət verilməsinə görə heç kim cəzalandırılmır”, deyə İntiqam Əliyev qeyd edib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az