[:az]Şəkidə qəssablar tətil edirlər[:]

tərəfindən Gozetci

[:az]Şəkidə ət qıtlığı yaranıb. Buna rayondakı qəssabların tətil etməsi səbəb olub. Onlar bütün rayon üzrə ət kəsiminin bir sallaqxanaya yönəldilməsinə etiraz edirlər.

Burada bir kiçikbuynuzlu heyvanın kəsilməsinin qiyməti 10 manata, iribuynuzlu heyvanın kəsilməsi 25-30 manata başa gəlir. Bura baytarın da pulu daxildir. Yəni, xərclər təxminən iki dəfə artırılır. Bundan əlavə, heyvan kəsimi imkanları məhdudlaşdırılıb.

Rayonun tələbatı gün ərzində 100-150 qoyun, 20-30 iribuynuzlu heyvandır. Yeni sallaqxana çox kiçikdir, bu qədər heyvanı kəsməyə imkan yoxdur.

Hakimiyyət qıtlığı ört-basdır etmək üçün martın 29-da Şəkinin kənarında yarmarkada ət satışını təşkil edib. Lakin orada kəl ətindən başqa digər ət növləri yoxdur.

Qəssabların Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə danışıqları uğursuz olub. Agentlik bəzi qəssabların standartlara cavab verən şəxsi sallaqxanalarda da heyvan kəsməsinə icazə vermir.

Həmçinin bildirilir ki, rayonun kəndlərində də narazılıq baş qaldırıb, çünki sakinləri rayon mərkəzinə həmin sallaqxanaya getməyə məcbur edirlər.

Qəssablar ötən ilin iyulunda da tətil etmişdilər. Lakin o zaman bu, qısamüddətli olmuşdu və məsələ müvəqqəti olaraq həll edilmişdi

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az