104
[:az]Müsavat Partiyasının veteran üzvlərindən biri, Azərbaycan Xalq Hərəhakıtının bayraqdarı Yaşar Türkazər saxlanılıb.
Bu haqda “Basta”ya Müsavat Partiyasından məlumat verilib.
Məlumatda bildirilir ki, Yaşar Türkazər bu gün səhər saatlarında yaşadığı Məştağa qəsəbəsində avtobus dayanacağında polis tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb.
Onun niyə və harada saxlandığı bilinmir, telefonuna zəng çatmır.
Sabunçu rayonunun Məştağa qəsəbəsində yerləşən 14-cü polis bölməsi ilə əlaqə saxladıq.
“Səhv məlumat almısız, heç bir saxlanma olmayıb” – deyə polis bölməsindən bildirildi.
Sabunçu Polis İdarəsindən məlumat almaq hələlik mümkün olmayıb.
Bastainfo.com[:]