[:az]Bu gün Millətçi Gənclər Təşkilatının fəalları İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında piket keçiriblər.
Aksiya iştirakçıları İran prezidenti Həsən Ruhaninin fevralın 11-də İslam inqilabının 40 illiyi ilə əlaqədar etdiyi çıxışda Azərbaycan əleyhinə söylədiyi fikirlərə, İran hökumətinin Ermənistana dəstək verməsinə, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana son səfəri zamanı, onun üzərində erməni dilində “Qarabağ bizimdir, vəssəlam” sözləri yazılmış plakatın fonunda selfi çəkdirməsinə etiraz ediblər.
Aksiyada “Azərbaaycan bir olsun, paytaxtdı Təbriz olsun”, “Rus, fars, erməni – bunlar türkün düşməni”, “Bakı, Təbriz, Ankara – biz hara, farslar hara”, “Qarabağ bizimdir, bizim olacaq” və digər şüarlar səsləndiriblər.
Səfirliyin binası ünündə aksiyanın qətnaməsi oxunub. Polis piketin keçirilməsinə mane olmayıb.
Aksiya sosial şəbəkədə Fatimə Mövlamlının feysbuk səhifəsindən canlı olaraq yayımlanıb.
Bastainfo[:]