[:az]Mehman Hüseynovun vəkili açıqlama verdi[:]

tərəfindən Gozetci

[:az]Vəkil Şəhla Hümbətova öz facebook hesabında yaydığı məlumata görə, 26 dekabr 2018 yeni cinayət işinin açılması barədə rəsmi məlumat yayıldı. 27 dekabr səhər 14 saylı cəzaçəkmə müəssəsinə getdim, bildirdilər ki, Mehman cərimə kamerasındadır, görüş üçün “yuxarıdan” xüsusi icazə lazımdır- bu tamamilə qanunsuz əsasdır çünki məhbusun harada saxlanmasından asılı olmayaraq vəkillə məhdudiyyətsiz görüş hüququna malikdir. Gördülər ki, əl çəkmirəm və görüşmək niyyətimdə israrlıyam, bildirdilər ki, müstəntiqdə gəlir, gözləyin, bir yerdə girərsiz (absurd!) Nə qədər izah etməyə çalışdım ki, mən Mehmanın vəkiliyəm, onunla görüşmək üçün heç bir müstəntiqə filana ehtiyacım yoxdur, onsuzda müstəntiq də gəlsə, əvvəlcə mən Mehmanla təkbətək görüşəcəm… heç bir nəticəsi olmadı amma bu tələbin də qanunsuz olmasına baxmayaraq, gözlədim, təki Mehmanı görüm. 2 saat yarım gözlədikdən sonra məlum oldu ki, müstəntiq gəlmir və mən çıxıb getdim. Sonradan məlum oldu ki, mən nəzarət-keçid məntəqəsində görüşmək üçün dava döyən vaxt Mehmanı telefona çıxardıblar, o da ailəsinə deyib ki, vəkil gəlsin! xəbəri də olmayıb ki, səhərdən oradayam. Həmin gün müstəntiqlə əlaqə saxlayaraq 28 dekabra müəssisəyə getmək üçün vaxt təyin etdik.

28 dekabrda mən və Fuad Ağayev Mehmanla nəhayyət görüşdük. Hərəkət edə bilmirdi, otağa qollarında gətiridlər, qollarını buraxan kimi yerə yıxıldı. Çox pis idi, çətinliklə danışırdı, bildirdi ki 26 dekabr səhərdən (“hadisə”baş verən vaxtdan) yemək yemir və su içmir. Nə qədər su içməsini xahiş etsək də, razı olmadı və bildirdi ki, ölənə qədər davam edəcək.
Həmin gün, yəni 28 dekabrda, Mehman dindirildi və ona CM-nin 317.2-ci maddəsi ilə ittiham elan olundu. O, cəzaşəkmə müəssəsinin inspektoru Əli Abdalovu vuraraq ona xəsarət yetirməkdə ittiham edildi. Mehman birmənalı şəkildə ittihamı rədd etdi və bildirdi ki, inspektoru nəinki vurmayıb, heç ona yaxınlaşmayıb da. Həmçinin bildirdi ki, artıq xeyli vaxtdır (avqust ayından sonra) o mütəmadi olaraq təxribata çəkilirdi, xəbərdarlıq edilmişdi və ona qarşı plan hazırlandığı aydın idi.
Biz axşam saat 20 radələrində müəssisəni tərk etdik, sonra məlum oldu ki, vəkillər gedəndən yarım saat sonra Mehmanı istintaq təcridxanasına etap ediblər. Bayram günlərinə düşdüyü üçün onunla görüşmək imkanı olmadı.

30 dekabr- saat 15-16 radələrində qəflətən halı pisləşib, huşunu itirib (artıq 5-ci gün ac və susuz idi). Həkimlər gəlib, cərrahda gəlibmiş- muayinə edərək bildirib ki, ayağındakı damar probleminə görə təcili əməliyyat olunmalıdır. Amma əməliyyat üçün əlbəttə ki ümümi vəziyyəti uyğun deyil. Tibbi tədbirlər görülüb, izah edilib ki, mütləq su işmək lazımdır.. Qardaşı da telefonda su işməsini israrla tələb edib və nəhayyət su içib.

Dünən Mehmanla görüşdüm. Çox zəifdir, amma özü köməksiz ayaqda dayanır və yeriyə bilir. Rəngi çox ağarıb, dodaqları qup-qurudur, çatlayıb və göy rəngdədir. Gözlərini çətinliklə açıq saxlaya bilir, danışmaq da çətindir. Mədəsi ağrıyır, dedi ki, çox acı dad hiss edir ağzında və s. Az-az su içir. Həkim nəzarətindədir.

Halının elə pis olduğunu görüb aclığı dayandırmağı xahiş etdim, cavabında bu sözləri dedi: aclığı dayandırmayacam. cəzamın müddəti 2 martda bitir. 2 martda mən buraxılmasam, artıq başqa cür hərəkət edəcəm. Ona görə yox ki, yeni həbsdən qorxuram, daha beş altı il həbsdə qalmaq istəmirəm, zəifəm. Əksinə, indi özümü mübarizə üçün çox güclü hiss edirəm. bu günə kimi yüzlərlə siyasi məhbus saxta ittihamlarla azadlığını qurban verib amma bu qurban heç nəyi dəyişməyib, vəziyyət oluduğu kimi qalır və daha pis olur. deməli biraz da irəli gedib, başqa, daha dəyərli qurban verilməlidir ki, bəlkə nəsə dəyişə. Deməli, artıq azadlığı qurban vermək yetmir, həyatımızı verməliyik. Mən buna hazıram. Mənim ölümüm cəmiyyətin silkələnməsinə, beynəlxalq qurumların və hökumətlərin reaksiyasına təkan verə bilər, mənə qarşı edilənlərin başqalarına da edilməsinin qarşısını ala bilər. Bunun qarşısı necə olsa alınmalıdır. Başqa yol görmürəm.

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az