[:az]Mustafa Hacıbəylinin işi üzrə məhkəmə iclası yanvarın 11-nə təyin edilib[:]

tərəfindən Gozetci

[:az]Yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin işi üzrə məhkəmə hazırlıq iclası keçiriləcək.

Hakim Səbuhi Hüseynovun sədrliyilə proses saat 9:30-da başlayacaq.

İyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı İnternetdə yayılan “yalan məlumatlar” və “qanunsuz çağırışlar”a dair cinayət işi qaldırıb. Bundan sonra prokurorluq “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət edib.

Öncə M.Hacıbəyli iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da müttəhim statusuna keçirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

M.Hacıbəylinin barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçilib.

O, ittihamları rədd edir.

Mustafa Hacıbəli Azərbaycanın görkəmli müxalifətyönlü jurnalistlərindən biridir. 20 ildən çoxdur ki, müxtəlif KİV-də çalışıb. O, Müsavat Partiyasının rəhbəri Arif Hacılının qardaşıdı

 

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az