[:az]Yazıçı ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması üçün Baş prokurora müraciət edib[:]

tərəfindən Gozetci

[:az]”Siyasi mövzuda olmayan 2 məqaləyə görə bu şəkildə “cəza”landırılmağım ədalətsizlikdir”

“Alatoran” jurnalının redaktoru, yazar Rasim Qaraca Azərbaycan Republikası Baş Prokurorluğuna müraciət edib.

O, Meydan TV-də gedən iki köşəsinə görə ölkədən çıxışına qoyulan qadağanın götürülməsini xahiş edib:

“2015-ci ildə Meydan TV-nin saytında ədəbiyyat mövzusunda yayımlanan cəmi 2 yazıma görə adım cinayət işinə salınıb. Bununla da ölkədən çıxışıma qadağa qoyulub. Bildirmək istəyirəm ki, yazılardan biri başqa saytdan götürülərək yayımlanıb. Mən həmin yazıya görə Meydan TV-dən heç bir qonorar almamışam və siyasi fəaliyyətlə məşğul deyiləm. Siyasi mövzuda olmayan 2 məqaləyə görə 3 il müddətində bu şəkildə “cəza”landırılmağım ədalətsizlikdir”.

Rasim Qaraca bildirir ki, bu onun hüquqlarının kobud şəkildə pozulmasıdır:

“Bunun bir yanlışlıq olduğuna və sizin göstərişinizlə aradan qaldırıla biləcəyinə inanıram. Mayın 14-19-da Tiflisdə düzənlənəcək beynəlxalq ədəbiyyat festivalına dəvət olunmuşam. O zamana qədər məhdudiyyətin aradan qaldırılmasına göstəriş verməyinizi xahiş edirəm”.

Meydan TV-nin bəzi vəzifəli şəxsləri ilə bağlı 2015-ci ildə Azərbaycan Baş Prokurorluğunda cinayət işi açılıb. Həmin cinayət işi çərçivəsində bir sıra müstəqil jurnalist və yazarların ölkədən çıxışına yasaq qoyulub. Jurnalistlərdən əksəriyyəti yasağın qanunsuz olması iddiası ilə əvvəlcə yerli məhkəmələrə üz tutublar, ancaq onların iddiaları rədd edilib. Ardınca Avropa İnsan Haqları Məhkəməsinə şikayət edilib. Avropa Məhkəməsi işlərin əksəriyyəti ilə bağlı kommunikasiyaya başlayıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az