Müxalifət martın 10-da birgə mitinq keçirəcək

tərəfindən Gozetci

Müxalifət qüvvələrinin birgə mitinqi martın 10-da saat 15:00-dan 17:00-dək Yasamal rayonundakı “Məhsul” stadionunda keçiriləcək. Bu barədə Turan-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciət hazırlanıb. Müraciəti Milli Şura, AXCP və Müsavat Partiyası imzalayıb.

Mitinq “Monarxiyaya son!”, “Siyasi məhbuslara azadlıq!”, “Korrupsiyaya son!”, “Bahalaşmaya etiraz edirik!” və digər şüarlar altında keçiriləcək.

REAL Hərakatı İdarə Heyətində mitinqlə bağlı müzakirələr olub, müəyyən qərarlar verilib. Sabah vəkil Fuad Ağayev REAL sədri İlqar Məmmədovun yanına gedəcək, onun da fikirlərini alandan sonra rəsmi məlumat yayılacaq.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az