[:az]Əziz Orucovun səhhəti pisləşib[:]

tərəfindən Gozetci

[:az]Böyrək ağrıları təzyiqini qaldırır və döş qəfəsində ağrılar var”

6 il azadlıqdan məhrum olunan “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun səhhətində problem yaranıb.

Məlumatı Meydan TV-yə məhbusun həyat yoldaşı Lamiyə Orucova verib.

Lamiyə Orucova martın 26-da Əziz Orucovla görüşüb və ötən gün də telefonla danışdıqlarını deyib.

Lamiyə Orucova bildirib ki, Əziz Orucovun böyrək ağrıları təzyiqini qaldırır və döş qəfəsində ağrılar var:

“Eyni zamanda, ürəyində də problemlər yaranıb. Azadlıqda olanda onun səhhətində heç vaxt problem yaşanmayıb. Yalnız ciddi olmayan xroniki böyrək çatışmazlığı vardı, onu da ot dəmləməklə nəzarətdə saxlayırdıq. Böyrəkləri normal süzmədiyindən dərman qəbul etmək olmaz”.

Lamiyə Orucova Qızıl Xaç və Ombudsman Aparatına müraciət etdiyini deyir:

“Bir daha həbsxana rəhbərliyinə müraciət edəcəm və bazar ertəsi rəislə görüşüb məsələni qaldıracam”.

O bildirib ki, Əziz Orucov həbs olunan zaman tibbi yoxlanışdan keçib, amma sonra olmayıb:

“Yaxın günlərdə yenidən telefonla əlaqə saxlayacam, o zaman durumunu daha əhatəli öyrənəcəm”.

Ə.Orucov 2017-ci ilin mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib.

Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir.

“Kanal 13” internet televiziyası 2008-ci ildən fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az