97
[:az]AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Azərbaycan hakimiyyətini 11 aprel prezident seçkiləri ərəfəsində ifadə azadlığının təmin olunmasına çağırıb. Bu barədə o, Twitter-dəki mikrobloqunda yazıb.
Hazırda dövlət başçısı İlham Əliyev də daxil olmaqla, prezidentliyə 7 namizəd qeydə alınıb.
Üç nəfərin – Sərdar Cəlaloğlu (Demokrat Partiyasının sədri), Əli Əliyev (Vətəndaş və İnkişaf Partiyasının rəhbəri), Tural Abbaslı (Ağ Partiyanın sədri) namizədliyinə MSK-da baxılır.
Aparıcı müxalifət partiyaları seçkini boykot etdiklərini bildiriblər[:]