[:az]Torpaq mülkiyyətçilərinə cərimə cəzası[:]

tərəfindən Gozetci

[:az]«Kənd təsərrüfatı istehsalçıları yanlış olaraq torpaqların münbitliyinin yaxşılaşdırılmasını zənn edərək, məhsul yığımından sonra əkin yerlərini, xüsusilə də biçilmiş taxıl sahələrini (kövşənlikləri) yandırırlar. Heç bir elmi əsası olmayan bu cür yanaşma təkcə kənd təsərrüfatına yararlı torpaqlar üçün deyil, həm də ətraf mühitə, insan həyatına ciddi təhlükə yaradır».

Kənd Təsərrüfatı Nazirliyinin mülkiyyətçilərə və icarədarlara xəbərdarlığında belə yazılır.

Nazirliyin mətbuat xidməti bununla bağlı yanvarın 29-da açıqlama yayıb. Xəbərdarlıqda vurğulanır ki, əkin yerləri yandırılarkən torpaq qatına ziyan dəyir.

«Əkin yerləri yandırılarkən bitki qalıqları, torpağın humus qatı, faydalı torpaq mikroflorası və mikrofaunası məhv olur. Torpaqda baş verən təbii bərpa və münbitləşmə prosesi, eləcə də qida maddələrinin balansı pozulur, torpaqlar münbitliyini itirir, məhsuldarlıq aşağı düşür», – məlumatda vurğulanır.

Nazirlik bildirir ki, bu xəbərdarlığa əməl etməyən torpaq sahiblərinə cəza müəyyənləşib. Bu cəza İnzibati Xətalar Məcəlləsində ötən il dekabrın 15-də edilən dəyişiklikdə öz əksini tapıb:

«Əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 5000 manatdan 6000 manatadək cərimə olunur».[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az