[:az]Sahibkarlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin onlara olan borcunu tələb edirlər[:]

by Gozetci

[:az]2016-2017-ci illərdə Sumqayıtda yeni dənizkənarı bulvarın tikintisində iştirak edən bir qrup sahibkar bu gün Prezident Administrasiyasına gedərək onlara olan borcun ödənilməsini tələb edib. Bu dəfə də onlara ümid veriblər ki, borclar ödəniləcək.

Sahibkarlar Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının onlara olan borcları ödəməsini tələb edirlər. Bu tələb Prezident Administrasiyasının nümayəndələri ilə görüşdə səslənib. Yanvarın 31-də prezidentin köməkçilərindən biri sahibkarları qəbul edəcək. Ancaq sahibkarlar deyirlər ki, daha bu vədlərə inanmırlar.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər ki, nə şəhər hakimiyyətinin başçısı Zakir Fərəcov, nə də İcra Hakimiyyətinin digər rəsmi nümayəndəsi borclara görə maliyyə məsuliyyəti daşımır. “Sumqayıt Şəhər İcra Hakimiyyəti borclarını tələb edən şəxslər ilə müqavilə və ya digər saziş üzrə tərəf deyil. Həmin borclara məsul şəxs vəsaitləri mənimsədiyinə görə həbs edilib”, – Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib.

Sahibkarlar bildiriblər ki, Sumqayıtda dənizkənarı bulvarın tikintisi layihəsinə görə onlara 12 mln. manat verilməlidir. Tikinti işləri başa çatdıqdan sonra bulvarın idarə edilməsi məqsədilə “Sumqayıt Bulvarı” məhdud məsuliyyətli cəmiyyət yaradılıb.

Turan[:]

You may also like

Leave a Comment

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az