Adil Qeybulla Tofiq Yaqublunu müayinə edib

tərəfindən Gozetci

Tofiq Yaqublu

Aprelin 19-da Milli Şuranın və Müsavat Partiyasının həbsdə aclıq aksiyası keçirən üzvü Tofiq Yaqublunu ailəsinin tələbi ilə öz seçdikləri həkim tərəfindən müayinəsi təmin olunub. Bunu AzadlıqRadiosunun sorğusuna cavab olaraq İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından bildiriblər.

Aprelin 7-də onun vəkili T.Yaqublunu Tibb Universitetinin professoru Adil Qeybullanın müayinə etməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmişdi.

Ombudsman Aparatı da bildirir ki, məsələ ilə bağlı onlar da bu qurum və Tibb baş idarəsinə müvafiq sorğular ünvanlayıb: “Müraciətin icrası – Yaqublunun öz seçdiyi həkim tərəfindən də müayinəsi təmin olunub”.

Həkim Aqil Qeybullanın deməsinə görə, həmin gün Tofiq Yaqublunun huşu aydın, təmas və kommunikasiya adekvat olub:

“Beynəlxalq təcrübədə aclıq aksiyalarının mövcud protokollar üzrə tibbi nəzarət altında aparıldığı Tofiq bəyə izah edildi. Bu məqsədlə su-elektrolit balansının tənzimi, mikrosirkulyasiyanın və toxuma hipoksiyasının qarşısını almaq üçün qidalandırıcı olmayan venadaxili infuziya aparılmasının zəruriliyi bildirildi. Razılıq alındıqdan sonra prosedurlar icra edildi. İnfuziya normal keçdi”.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az