Apellyasiya Məhkəməsi Azər Qasımlını həbsdə saxladı

tərəfindən Gozetci

Azər Qasımlı

 

Yanvarın 21-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının şikayətinə baxılıb. O, ev dustaqlığına keçirilməsindən imtina qərarından şikayət vermişdi.

Vəkil Aqil Layıcın Turan-a verdiyi məlumata görə, iclasda Qasımlı heç bir cinayət törətmədiyini, əksinə, özünün cinayət qurbanı olduğunu bildirib və həbsini “qanunsuz” adlandırıb. Bununla belə, məhkəmə şikayəti təmin etməyib.

Politoloqun həyat yoldaşı Samirə Qasımlı bildirib ki, ailə ədalətli məhkəmə gözləmirdi.

“Biz hakimiyyətin Azər Qasımlını niyə həbs etdiyini bilirik. Onu həbs ediblərsə, deməli, tezliklə azad etmək niyyətləri də yoxdur.

Vəkilin tövsiyəsinə əsasən, Azərbaycanın bütün məhkəmə instansiyalarından keçmə prosedurları yerinə yetirilməlidir ki, sonra Avropa Məhkəməsinə müraciət edək. Biz yaxşı başa düşürük ki, Azərin işi üzrə qərarlar hüquqi deyil, siyasi müstəvidə qəbul olunur”, deyə həyat yoldaşı bildirib.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı ötən il dekabrın 8-də saxlanılıb. Ona qarşı CM-in 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az