48
Azərbaycanda Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədlinin saxlanması müstəqil jurnalistlər və fəalların həbsləri silsiləsinin sonuncusudur və Avropa İttifaqı üçün narahatlıq doğurur. Bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Peter Stano X platformasında yazıb.
“Əsas hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısı azad edilməlidir”, deyə o qeyd edib.
Məmmədli aprelin 29-da saxlanılıb. O, Abzas Media-nın işi üzrə prosesə cəlb edilib. Bu iş çərçivəsində artıq 7 jurnalist və mətbuat işçisi qaçaqmalçılıq ittihamı ilə həbs olunub.
Turan