105
Yolu bağlayan digər sürücülərdən biri Bəxtiyar Məmmədov isə yaşı və xəstəliyi nəzərə alınaraq həbs olunmayıb.
* * *
Ötən gün Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs edilib.
APA-nın xəbərinə görə, sürücülər Elvin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.
Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hər iki sürücünün inzibati qaydada 30 sutka həbs olunması barədə qərar çıxarılıb.