20
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Rahil Quliyevin inzibati qaydada 30 sutka həbs edildiyi bildirilir.
Bu barədə AXCP-dən məlumat yayılıb.
Partiyadan bildirildiyinə görə, dünən, mayın 6-dan onunla əlaqə saxlamaq mümkün olmayıb: “Bu gün, mayın 7-də öyrəndik ki, Rahil Quliyev də 30 sutka müddətinə inzibati qaydada həbs olunub”.
Amma AXCP-dən məsələnin detalları açıqlanmayıb.
Rahil Quliyev AXCP sədrinin hazırda 30 sutkalıq inzibati həbsdə olan mühafizəçisi Elnur Quliyevin qardaşıdır.
Hələlik, bu məlumatlara rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
AzadlıqRadiosu