28
Hacı Vəliyev
Aprelin 7-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev haqqında verilən həbs qərarı qüvvədə saxlanıb.
Bu barədə həmin birlikdən məlumat verilib.
“Hacı Vəliyev ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Günahsız olduğunu, yaralı gözü ilə bağlı problem yaşadığını bildirib”, – qurumun açıqlamasında vurğulanır.
“Gənc Qazilər” Birliyinin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Hacı Vəliyevin Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq…) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunduğu bildirilir. Amma onun ittihamları qəbul etmədiyi deyilir. Həmin maddələrlə şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.
AzadlıqRadiosu