Famil Xəlilova 3 il şərti cəza verilib

tərəfindən Gozetci

Famil Xəlilov

 

Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə ictimai fəal, I qrup əlil Famil Xəlilova hökm oxunub.

Hökmə əsasən, Famil Xəlilova 2 il sınaq müddəti olmaqla, 3 il şərti cəza verilib.

İstintaq zamanı fəala qarşı Cinayət Məcəlləsinin (CM) 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə də ittiham verilib. Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası məhkəmə hökmündə həmin ittihamı CM-nin 234.1-1-ci maddəsinə tövsif edib.

7 ay həbsdə saxlandıqdan sonra dekabrda ev dustaqlığına buraxılan fəal özünü heç təqsirli bilmir. O, son sözündə də narkotik ittihamının əsassız olduğunu bildirib və məhkəmədən bəraət istəyib.

Müdafiə tərəfi hökmdən narazı qaldığını və qərarla bağlı apellyasiya şikayəti verəcəklərini bildirib.

2024-cü ilin mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində həbs qətimkan tədbiri seçilib.

Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.

Fəalın həyat yoldaşı Kiçikxanım Xəlilova bildirib ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.

Qolları serebral iflic olan Famil Xəlilov məhkəmədə əlləri parça ilə arxadan bağlı şəkildə iştirak edirdi. Fəalın qolları əsdiyi üçün ayaq üstə müvazinətini saxlaya bilmir.

Famil Xəlilov ötən il noyabrın 28-də məhkəmədə bildirib ki, COP29 günlərində onu növbəti məhkəmə prosesində ev dustaqlığına buraxacaqlarına əmin ediblər.

Bundan sonra 88 gün həbsinə etiraz olaraq aclıq aksiyası keçirən Famil Xəlilov aclığı dayandırıb, səbirsizliklə noyabrın 28-də keçiriləcək məhkəmə iclasını gözləyib. Lakin məhkəmə vəkillərin onun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməyib.

2023-cü ilin dekabrın 3-də isə Famil Xəlilov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilib. Famil Xəlilov məhkəmə zalından sərbəst buraxılıb.

Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az