29
Ülviyyə Əli
Bu barədə jurnalistin özü məlumat verib.
Yanvarın 16-da “Amerikanın Səsi”nin jurnalisti Ülviyyə Əli (Quliyeva) Bakı Şəhər Baş Polis İdarəsində “Meydan TV işi” ilə bağlı dindirilib.
Jurnalist “Gözətçi”yə bildirib ki, onun ölkədən çıxışına qadağa qoyulub.
Ülviyyə Əlinin sözlərinə görə, ona ölkədən çıxışına qadağa qoyulduğunu yalnız özü soruşandan sonra deyilib.
Jurnalist bu qərarı sərbəst hərəkət etmə azadlığının pozuntusu, həmçinin jurnalist fəaliyyətinə müdaxilə kimi qiymətləndirir. Ülviyyə Əli qərarla bağlı məhkəməyə müraciət edəcəyini bildirib. Onun sözlərinə görə, hansısa medianın əməkdaşı olmaq cinayət deyil, lakin bu situasiyada qərar ona aydın deyil və əsassızdır, çünki o “Meydan TV”nin əməkdaşı deyil.