43
Mayın 15-də Bakı Apellyasiya Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədlinin ev dustaqlığına buraxılmaması ilə bağlı Xətai rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxılıb.
Məhkəmə şikayəti təmin etməyib.
Bu barədə vəkil Cavad Cavadov məlumat verib.
Anar Məmmədli aprelin 28-də saxlanılıb. Aprelin 29-da Xətai rayon Məhkəməsi onun barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Anar Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.
Məmmədli ona qarşı irəli sürülən ittihamları rədd edir.