60
Elmir Abbasov
Mayın 7-də “Abzas Media işi” ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) şahid qismində çağırılan ictimai fəal, “Toplum TV”nin əməkdaşı Elmir Abbasov dindirildikdən sonra sərbəst buraxılıb.
Abbasov bildirib ki, müstəntiq tərəfindən ona verilən bəzi sualları cavablandırıb. İctimai fəal iltizam sənədinə imza atdığına görə suallar barədə açıqlama verə bilməyəcəyini deyib. O, fiziki və psixoloji təzyiqlə üzləşmədiyini qeyd edib.
Elmir Abbasovun sözlərinə görə dindirilmə təxminən saat yarım çəkib.
İctimai fəal “Toplum TV işi” üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Amerikanın Səsi