Məhkəmə Hafiz Babalının ATV-yə qarşı iddiasını təmin etməyib

tərəfindən Gozetci

Hafiz Babalı

Bu gün Bakının Səbail Rayon Məhkəməsində Turan Agentliyinin “iqtisadi xəbərlər” şöbəsinin redaktoru Hafiz Babalının ATV telekanalına qarşı iddiası üzrə proses başa çatıb.

İddia dekabrın 28-də telekanalın xəbərlərində Babalının ünvanına səslənən böhtanla əlaqədar verilmişdi.

İddiaçı hesab edir ki, telekanal jurnalistin şərəf və ləyaqətinə xələl gətirən böhtan və təhqir xarakterli iddialar səsləndirib.

Xüsusən, ATV “Turan” İnformasiya Agentliyinin redaktoru Hafiz Babalının xarici fondlarla əlaqələr qurduğunu və qrant layihələri əsasında araşdırmalar apardığını və məqalələr hazırladığını iddia edib.

Jurnalistin iddasında deyilir ki, onun araşdırmaları xarici donorların sifarişi deyil, jurnalist fəaliyyətinin bir hissəsi olub. Bundan başqa, araşdırmalar və dərc olunan məqalələrlə bağlı heç kim iddia irəli sürməyib, bu məqalələrdəki məlumatlar isə heç bir inzibati orqan tərəfindən təkzib olunmayıb və ya məhkəmədə mübahisələndirilməyib.

Babalı səslənən böhtan xarakterli iddiaların təkzib olunmasını, ondan üzr istənilməsini və 20 000 manat ölçüsündə təzminat ödənilməsini və məhkəmə xərclərinin ödənilməsini tələb edirdi.

Vəkil Rəsul Cəfərovun Turan-a verdiyi məlumata görə, ATV-nin nümayəndəsi məhkəmədə bildirib ki, material Qafqazinfo.az-dan götürülüb və telekanal məsuliyyət daşımır. Lakin vəkilin sözlərinə görə, cavabdehin KİV-in başqası tərəfindən yayılmış məlumatın yayılmasına görə məsuliyyət daşımadığı haqqında Media haqqında qanunun 77-ci maddəsinə istinadı əsassızdır.

Həmin maddəyə əsasən, dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və ya onların mətbuat xidmətləri tərəfindən rəsmi olaraq yayılan, informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılan, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müәssisә, təşkilat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilən məlumatlar yayıldığı hallarda KİV məsuliyyətdən azad edilir.

Bu halda isə 77-ci maddə yersizdir, belə ki, Qafqazinfo.az informasiya agentliyi deyil, İnternet-qəzetdir. Lakin məhkəmə iddianı təmin etməyib, deyə Cəfərov bildirib.

Məhkəmə Babalının özünün iclasda iştirakını təmin etməyib.

7 may və 13 may tarixlərində Qafqazinfo.az və “İki sahil” qəzetinə qarşı bənzər iddialara baxılacaq.

Babakı Abzas Media-nın işi üzrə həbsdədir. O, ona qarşı irəli sürülən qaçaqmalçılıq ittihamını rədd edir.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az