Jurnalist Cavid Ramazanov “Toplum” işi üzrə polisə aparılıb

tərəfindən Gozetci

Cavid Ramazanov

“Toplum” İnternet Televiziyasının (TV) əməkdaşı Cavid Ramazanovun aprelin 27-də Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı bildirilir. “Toplum TV”-dən deyilib ki, o, bu gün, aprelin 27-də səhər saatlarında yoldan aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanov da “Turan”a bildirib ki, Cavid Ramazanov istintaq orqanına dəvət olunub:
“Cinayət işi üzrə istintaqa dəvət olunub. Suallar var, həmin suallar aydınlaşdırılır. Onun barəsində həbs növündə olmayan digər qətimkan var. İstintaq çərçivəsində dəvət olunub”.
Son aylar Azərbaycanda aralarında “Toplum” İnternet Televiziyasının təsisçisi və əməkdaşı da olmaqla 20-yə qədər jurnalist, ictimai fəal əsasən qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamlar ilə razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə, siyasi sifarişlə basqılara məruz qalmır.
AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az