Polis hüquq müdafiəçisi Elçin Məmmədi axtarır

tərəfindən Gozetci

Elçin Məmməd

 

İctimai fəal və hüquq müdafiəçisi Elçin Məmməd “xuliqanlıqda” şübhəli bilinir, o, Fuad Hüseynov adlı şəxsi döyməkdə ittiham olunur. Bu barədə Elçin Məmmədin rəhbərlik etdiyi Sumqayıt Gənclərinin Hüquq Maarifləndirilməsi İctimai Birliyi bildirib.

Dekabrın 18-də polis bir neçə dəfə onun evinə gedərək istintaqla əlaqədar polisə gəlməsini tələb edib.

“Polis bildirib ki, bu ilin yayında o, hansısa Fuad Hüseynova fiziki təzyiq göstərib və Hüseynov şikayət edib. Polis işin istintaq idarəsinə verildiyini bildirib”, – məlumatda deyilir.

Lakin polisin göstərdiyi vaxt Elçin Məmmədov müalicə məqsədilə Gürcüstanda olub və müalicə hələ də davam edir.

“Odur ki, həmin vaxt kimisə döyə bilməzdi, materialların istintaqa verilməsi ona qarşı cinayət işinin açılacağı və istənilən vaxt həbs oluna biləcəyi deməkdir.

Bütün bunlar Azərbaycanda jurnalistlərin və fəalların son həbsləri fonunda baş verir.

Keçmiş siyasi məhbus Elçin Məmmədov hüquq müdafiəçisi kimi siyasi motivli həbsləri tənqid edib. Hazırda Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə dair hesabat üzərində işləyir”, – məlumatda deyilir.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

*Elçin Məmmədov 2020-ci ilin martında “silah-sursat oğurlamaq” və “qanunsuz saxlamaq” ittihamı ilə həbs edilib. O, ittihamları rədd edib və işin onun hüquq-müdafiə fəaliyyətilə əlaqədar saxtalaşdırıldığını bildirib.

16 oktyabr 2020-ci ildə Məmməd silah oğurluğu və qanunsuz saxlama ittihamı ilə dörd il həbs cəzasına məhkum edilib. Yerli hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar, o cümlədən Amnesty International, “Söz azadlığı uğrunda Kanada jurnalistləri” (Canadian Journalists for Free Expression, CJFE) və başqaları onun müdafiəsinə qalxıblar. Bu ilin martında Azərbaycan prezidenti tərəfindən əfv edilib.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az