Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızı təyyarədən enərkən saxlanılıb

tərəfindən Gozetci

Sevinc Vaqifqızı

Abzas Media online medianın baş redaktoru Sevinc Vaqifqızı(Abbasova)xarici səfərdən Bakıya dönərkən hava limanında saxlanılıb. Bu barədə vəkil Elçin Sadıqov bildirib.

“Jurnalist Abbasova Sevinc Vaqif qızı tutulacağını bildiyi halda bu dəqiqələrdə Bakıya qayıtdı. Ona passport kontroldan qeydiyyatdan keçməyə imkan verməyiblər və bildiriblər ki, onu Bakı Şəhər Baş Polis İdarəsinə aparırlar,” o deyib.

Vəkilin sözlərinə görə, ordeni olmasına baxmayaraq jurnalistlə görüşə bilməyib.

“Hava limanından həmin idarəyə gəlsə də, orderim əlimdə olsa da görüşə icazə vermirlər. 102 xidmətinə zəng vurdum, hələ ki, bir nəticə yoxdur,” o bildirb.

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, hazırda polis jurnalist Sevinc Vaqifqızının yaşadığı binaya giriş-çıxışı bağlayıb.

Hüquq müdafiəçisi hesab edir ki, bu, azad mediaya qarşı mövcud hökumətin repressiv tədbirləridir.

“AbzasMedia yüksək vəzifəli şəxslərin korrupsiyaçı fəaliyyətini araşdırma materialları ilə ifşa etməkdədir. Hakimiyyət dairələri AbzasMedianın timsalında tənqidi informasiyalara, araşdırmalara – gözlənildiyi kimi – dözmədi. Digər tərəfdən, son dövrlər Qərb Azərbaycan hakimiyyətinə qarşı təzyiqlərini artırıb. Rəsmi Bakı isə siyasi ağırlıqlı təqiblərlə cavab verməyi üstün tutur. Məncə, hazırkı repressiya dalğasında yeni-yeni siyasi həbslərə şahidlik edəcəyik,” Səfərov deyib.

Azərbaycanın rəsmi hüquq mühafizə orqanları hələlik bununla bağlı rəsmi açıqlama verməyib.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az