75
“Gözətçi” xəbər verir ki, Şəkinin Daşüz kənd sakinləri fəlakətlə üzləşiblər. Belə ki, həddindən artıq böyük formada yağan dolu sakinlərə ciddi ziyan vurub.
Şikayətçilər bildirir ki, dolu evlərin damını, əkin sahələrini, bir neçə avtomobili yararsız hala salıb. Belə bir hadisəylə ilk dəfə üzləşdiyini deyən kənd sakinləri çadırdan, yapışdırıcı vasitələrdən istifadə edərək müvəqqəti olaraq dəymiş zərəri bərpa etməyə çalışıblar. Bəzi sakinlər isə öz vəsaitləri hesabına dəymiş zərəri aradan qaldırıb.
Yağış yağan kimi evlərini su basan və maddi baxımdan imkansız olan ailələr isə adiyyatı qurumlardan dəsdək gözləyir.
Daha ətraflı linkdə