Zamin Salayev 114 gündür aclığa davam edir

tərəfindən Gozetci

Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyası Salyan rayon şöbəsinin sədri, həbsdə olan Zamin Salayev iyunun 6-dan quru aclığa keçəcək. Bu barədə Turan-a onun vəkili Fəxrəddin Mehdiyev çərşənbə günü Penitensiar Xidmətin müalicə müəssisəsində Salayevə baş çəkdikdən sonra bildirib.

Salayev 114 gündür ki, aclıq edir və azaldığa buraxılmasını tələb edir.

“Zaminin vəziyyəti əvvəlkitək ağırdır. Onu əlil arabasında aparırlar. Bu gün çəkisi 68 kiloqram, təzyiqi 70/50-dir. Hər gün sistem köçürürlər.  Nəbzi yüksəkdir, dəqiqədə 110-120. Böyrəklərində, ürəyində, bel nahiyəsində kəskin ağrılar var”, –  vəkil deyib.

Penitensiar Xidmətin müalicə müəssisəsindən Salayevin səhhəti barədə məlumat almaq mümkün olmayıb.

*Zamin Salayev fevralın 7-də saxlanılıb, ertəsi gün Qaradağ məhkəməsi onu silahdan istifadə etməklə xuliqanlıq ittihamı ilə həbs edib ( Cinayət Məcəlləsinin 221.3-cü maddəsi). Mayın 22-də məhkəmə onu 4 il həbs cəzasına məhkum edib.

ABŞ-ın Bakıdakı səfirliyi hakimiyyəti Zamin Salayevi və digər siyasi məhbusları azad etməyə çağırıb.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az