24 yaşlı qadın qətlə yetirilib

Atası qızının məqsədli şəkildə öldürüldüyünü düşünür

tərəfindən Gozetci

Qadın qətlləri. Mənbə: Meydan TV

Mayın 13-də axşam saat 18 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində 24 yaşlı Ləman Qurbanova qətlə yetirilib. Xızı Rayon Prokurorluğunun yaydığı məlumata görə, onu boğub öldürməkdə ittiham olunan Taleh Qurbanov hadisədən sonra könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub.

Ləman Qurbanova şəhid ailəsidir,  2022-ci il sentyabrın 12-də gedən döyüşlərdə həlak olmuş Saleh Qurbanovun həyat yoldaşı olub. Onu qətlə yetirməkdə ittiham olunan 1984-cü il təvəllüdlü Taleh Qurbanov isə qaynıdır.

Ləman Qurbanova mayın 14-də valideynlərinin yaşadığı Siyəzən rayonunda dəfn edilib.

Taleh Qurbanov ilkin ifadəsində mərhum qardaşının həyat yoldaşını xoşagəlməz hərəkətlərə görə öldürdüyünü deyib.

Amma Ləman Qurbanovanın yaxınları bu barədə deyilənlərin uydurma və bəhanə olduğunu düşünür, onun məqsədli şəkildə qətlə yetirildiyini hesab edir.

Gah telefon işlətməyi bəhanə edirdilər, gah başqa şeyi… İndiki zamanda kim telefon işlətmir? Adamın insafı, vicdanı olar…”, – atası Asim Məlikov belə deyir.

O, qızının qətlinə görə Taleh Qurbanovla yanaşı, qarşı tərəfin digər ailə üzvlərini də ittiham edir: “Bu, planlaşdırılmış şəkildə işdir”.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Saleh Qurbanov 2020-ci ildə İkinci Qarabağ Müharibəsinin də iştirakçısı olub. O, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medallarıyla təltif edilib. 2022-ci il sentyabrın 12-də baş verən döyüşlırdə həyatını itirib. Ölümündən sonra prezidentin sərəncamıyla “Azərbaycan Bayrağı” ordeniylə təltif edilib.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az