Bu gün Ədliyyə Nazirliyinin binası qarşısında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayevin həbsdən azad edilməsi tələbilə etiraz aksiyası keçirilib.
Etirazçılar “Zamin Salayevə azadlıq!”, “Siyasi məhbuslara azadlıq!” şüarlarını səsləndiriblər: Polis aksiya iştirakçılarının Ədliyyə Nazirliyinin binasına yaxınlaşmasına icazə verməyib və onları saxlamağa başlayıb. AXCP-dən verilən məlumata görə, Ümumilikdə 50-dən çox adam saxlanılıb və Yasamal rayon polis şöbəsinə aparılıb, Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər.
Ancaq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Turan-a bildirib ki, saxlanılanlar barəsində məlumat yoxdur, aksiya iştirakçıları “ərazidən uzaqlaşdırılıb”.
Xatırladaq ki, Zamin Salayev fevralın 7-də uydurma xuliqanlıq ittihamı ilə saxlanılıb. O, ittihamları rədd edib və istintaq təcridxanasında aclığa başlayıb. 52 gündür aclıq edir.
Turan