Fotoblogerə 30 sutka həbs cəzası verildi

tərəfindən Gozetci
Foto: Vəli Şükürzadənin şəxsi arxivindən


Vəli Şükürzadənin həbsinə məlumat əldə etmək istəməsinin səbəb olduğu deyilir

Bir gün əvvəl axşam saatlarında saxlanılan fotobloger Vəli Şükürzadə (sosial şəbəkələrdə Şükürov kimi tanınır) fevralın 5-də Yasamal Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Hakim Hüseyn Səfərov onun haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni əmrinə tabe olmama) maddələrilə 30 sutka inzibati həbs qərarı verib.

Vəli Şükürzadənin yaxınlarının bildirdiyinə görə, o, fevralın 4-də səhər saatlarında polisə çağırılıb, müəyyən suallar verildikdək sonra sərbəst buraxılıb. Axşam saatlarında evlərinin yaxınlığında ailə üzvü ilə birlikdə gedərkən saxlanılıb. Onun Yasamal rayonu, 27-ci polis bölməsinə aparıldığı bildirilib. Polis bölməsində onun barəsində inzibati xəta protokolu tərtib olunub. İddia olunub ki, fotobloger küçədə söyüş söyüb, xuliqanlıq edib, onu intizama dəvət edən polis əməkdaşlarına tabe olmayıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, fotoblogerin həbsinə hansısa məmura məxsus avtomobilin nömrə nişanı ilə maraqlanması səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə Vəli Şükürzadənin saxlanma səbəbi barədə suala belə cavab verilib: “Onun həbsində hər hansı siyasi səbəb yoxdur”.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az