88
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Orxan Baxışlı saxlanıldığı bildirilir.
Fəalın anası Kəmalə Rəhimli Turana bildirib ki, oğlu səhər işə getmək üçün evdən çıxıb amma bundan sonra ondan hər hansı xəbər almaq mümkün olmayıb. “İşə gəlib çıxmayıb, telefonuna da zəng çatmır. Ola bilsin ki, saxlanılıb. Çünki dünən Bəxtiyar Hacıyevin məhkəməsində müsahibə verərkən onu qıraraqdan polis əməkdaşı çəkirdi”.
Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Turan-a bildirib ki, Baxışlı İnzibati xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaqda) təqsirli bilinib və 30 sutka müddətinə həbs edilib.
Qərar Xətai məhkəməsi tərəfindən verilib.
Turan