38 gündür aclıq edən Bəxtiyar Hacıyev saxlanma şəraitindən şikayət edib

tərəfindən Gozetci

İctimai fəal Bəxtiyar Hacıyev azad edilməsi tələbi ilə 38 gündür aclıq aksiyasını davam etdirir. Çərşənbə günü Penitensiar Xidmətin Müalicə Müəssisəsində fəalın adaşı olan vəkil Bəxtiyar Hacıyev ona baş çəkib.

Vəkilin sözlərinə görə, fəalın vəziyyəti ağır olaraq qalır, onun çəkisi artıq 68 kiloqramdan azdır (saxlanıldığı zaman 84,5 kq idi). Təzyiqi və qanda şəkər səviyyəsi aşağı olduğuna görə tez-tez başgicəllənmələri olur, deyə vəkil qeyd edib.

Fəal həmçinin sıx, havalandırılmayan otaqda saxlanma şəraitindən və açıq havaya çıxarılmamasından şikayət edib. “Bu gün çıxarmağa söz veriblər”, deyə vəkil əlavə edib.

“Bəxtiyar Hacıyev hələ də tibbi yardımdan, xüsusən qidalandırıcı maddələrlə sistem qoşulmasından imtina edir. Digər tərəfdən, Penitensiar Xidmətin Müalicə Müəssisəsində onu normal müayinə etmirlər”, deyə vəkil bildirib. O, həmçinin deyib ki, Bəxtiyar Hacıyev professor Adil Qeybullanın ona baş çəkməsini xahiş edib.

* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb. 

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az