Apellyasiya Məhkəməsi Əli Əliyevi həbsdə saxlayıb

tərəfindən Gozetci

Yanvarın 25-də Bakı Apellyasiya Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının ıideri Əli Əliyevin 3,5 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərardan verdiyi şikayətə baxıb.

Xatırladaq ki, noyabrın 22-də Sabunçu Rayon Məhkəməsi Əliyevi CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən zərər vermə) maddəsi ilə təqsirli bilərək qeyd edilən müddətə azadlıqan məhrum edib. O, kamera yoldaşını döyməkdə təqsirli bilinib.

Əliyev ittihamları təkzib edir, həbs cəzasının uzadılması məqsədilə ona qarşı təxribat törədildiyini iddia edir. “Bu, bu il mənə qarşı açılan dördüncü cinayət işidir və onlar hamısı siyasi fəaliyyətimlə əlaqədar cəzalandırılmağım üçün saxtalaşdırılıb”, deyə Əliyev bildirib.

O, məhkəmənin obyektivliyinə etibar etmədiyini bildirərək, apellyasiya şikayətinə baxılması prosesində iştirak etməkdən imtina edib. 

Vəkil Toğrul Babayevin verdiyi məlumata görə, apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

* 2022-ci il yanvarın 13-də Bakının Yasamal Rayon Məhkəməsi Əli Əliyevi böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edib.

Sərhəd xidmətinin polkovnik-leytenantı Emil Cəfərov ona qarşı xüsusi ittiham qaydasında şikayət verib. Sərhəd xidmətinin digər zabiti Ramin Ədilov da Əliyevə qarşı analoji şikayətlə müraciət edib. Bu şikayət əsasında Əliyev daha bir ay həbs cəzası alıb.

Onların hər ikisi noyabrın 30-da Xızı rayonu ərazisində qəzaya uğrayan Mi-17 helikopterində sağ qalanlardır. İddiaya 9 dekabr 2021-ci il tarixində Əliyevin

Youtube kanalına verdiyi müsahibə səbəb olub. Əliyev ehtimal edib ki, helikopter xarici təsir nəticəsində qəzaya uğraya bilər, ona görə də Sərhəd Xidmətinin helikopterinə hücum Azərbaycan sərhədinə hücum kimi qiymətləndirilməlidir.

Əliyev təxribatın arxasında uzun müddətdir ki, Azərbaycan sərhədini nəzarətə götürməyə çalışan Rusiyanın ola biləcəyini istisna etməyib.

Sonradan hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyuşovun iddiası ilə Əliyevin cəzası 1 ilədək artırılıb. Avqustda Əli Əliyevə qarşı dördüncü cinayət işi açılıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az