87
20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət etdikləri üçün Müsəlman Birliyi Hərəkatının (MBH) 7 üzvünü keçmiş Nardaran məhbusu Etibar İsmayılov, inanclı fəal Həsən Abbaszadə, Qarabağ Qazisi Rasif Çırağov , Qarabağ Qazisi Alik Aslanov və ictimai fəallar İmran Məmmədli, Elçibəy Həsənbəyli və Nizami Əhməd polis bölməsinə aparılıb. Bu barədə MBH-dən bildiriblər.
Ötən gecə saxlanan 7 nəfərdən 4 nəfəri bu gün sərbəst buraxılsa da, Həsən Abbaszadə, Nizami Əhməd və İmran Məmmədli haqqında məlumat verilmir.
Bu gün isə MBH-nin daha iki üzvü Tərlan Sayadov və Rövşən Əliyev polis bölməsinə aparılıb.
DİN-dən məlumat almaq mümkün olmayıb.
Turan