Ombudsmanın nümayəndələri Tofiq Yaqubluya baş çəkiblər

tərəfindən Gozetci

Yanvarın 16-da ombudsmanın Millli Preventiv Qrupunun üzvləri Binəqədi Tibb Mərkəzində həbsdə olan müxalifətçi Tofiq Yaqubluya baş çəkiblər. Qrup üzvləri onun səhhəti, hüquqlarının təmin olunması ilə maraqlaıblar.

“Konfidensial qaydada keçirilmiş görüşdə psixoloq və həkim də iştirak edib. Yaqublunun həkim nəzarətində olduğu müşahidə edilib.

Yaqubluya başçəkmə onun ailə üzvlərinin ombudsmana müraciətinə cavab olub. Yaqublu onun vəziyyətinə və hüquqlarına göstərdiyi diqqətə görə ombudsmana təşəkkür edib”, – məlumatda deyilir.

Öz növbəsində, Yaqublunun qızı Nigar Həzi ombudsmana müraciət etdiyini təsdiqləyib.

“Atamın vəziyyətilə əlaqədar müraciət etdim, amma ombudsmanın əməkdaşları  mənim müraciətim olmasa belə, bu məsələyə diqqət yetirməliydilər. İstənilən halda atamı ziyarət etdikləri üçün onlara təşəkkür edirəm”, – Nigar Həzi deyib.

O qeyd edib ki, Yaqublu azadlığa buraxılması tələbilə 13 gündür ki, aclıq edir.

Dekabrın 23-də Yaqublu fəal Bəxtiyar Hacıyevin müdafiəsi üçün keçirilən dinc aksiya zamanı saxlanılıb. Həmin gün məhkəmə onu polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.

Tofiq Yaqublu həbsindən verdiyi apellyasiya şikayəti təmin olunmadıqdan sonra yanvarın 5-dən aclıq elan edib. 

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az